AZ

"Aİ ölkələri Avropanın müdafiəsi üçün məsuliyyət daşıyırlar" - Berbok

Avropa İttifaqına (Aİ) üzv olan ölkələr qitədə təhlükəsizliyin təmin edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürməyə hazırdırlar.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ dövlət katibi Marko Rubio ilə söhbətində bəyan edib.

Almaniya XİN-in məlumatına görə, Rubio ilə Berbok bir sıra məsələləri müzakirə ediblər. Bura Ukraynadakı münaqişə, Suriya, Qəzza zolağı və Yaxın Şərqdəki vəziyyət, həmçinin NATO-nun əhəmiyyəti və Çinlə bağlı ortaq mövqe daxildir.


Müəllif: Arzu
Seçilən
19
teleqraf.com

1Mənbələr