Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri Ukrayna münaqişəsi ilə bağlı yanvarın 31-də başa çatan Rusiyaya qarşı sanksiyaların müddətinin 6 ay müddətinə uzadılması barədə razılığa gəliblər.
Demokrat.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə məlumat verib.
Bu məlumatı daha sonra Aİ diplomatiyasının rəhbəri Kaya Kallas da təsdiqləyib.