Qara tut çayı ənənəvi Asiya təbabətində geniş istifadə olunan və sağlamlığa bir çox faydası ilə tanınan bir içkidir.
E-saglam.az xəbər verir ki, qara tut ağacının qurudulmuş yarpaqlarından hazırlanan bu çay kalsium, antioksidantlar, vitaminlər və minerallarla zəngindir. Qara tut çayı qan şəkərini və xolesterini tənzimləməyə, ürək-damar sağlamlığını dəstəkləməyə, qan təzyiqini tarazlaşdırmağa və iltihabı azaltmağa kömək edir. Eyni zamanda, dəri və saç sağlamlığını yaxşılaşdırır, yaşlanma əlamətlərini azaldır və melanin istehsalını artıraraq vaxtından əvvəl saç ağarmasının qarşısını ala bilər.
Çay, həmçinin arıqlama prosesini dəstəkləyir və həzm sistemi üçün faydalıdır, qəbizlik və şişkinlik kimi problemlərin qarşısını alır. Metabolik xəstəliklərin, piylənmə və qaraciyər yağlanmasının qarşısını almağa kömək edə bilər.
Qeyd: Çayın istifadəsi zamanı bəzi yan təsirlər, məsələn, ürəkbulanma, başgicəllənmə və şişkinlik yarana bilər. Xüsusilə şəkərli diabet xəstələri və digər dərman qəbul edən şəxslər çayı içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Tut çayı ümumilikdə sağlam qidalanmanı dəstəkləyən faydalı içkilərdən biridir.
Tərcümə: Könül Oruc