"Zenit"in baş məşqçisi Sergey Semak Qətərdəki təlim-məşq toplanışında bir gündə iki məğlubiyyətin səbəblərindən biri sağlam futbolçuların olmaması adlandırıb...
Poliqon bu barədə Match TV-yə istinadən xəbər verir.
"Əlbəttə, heç kim uduzmağı sevmir, amma bu hazırlıq mərhələsidir - eybi yoxdur. Ümumiyyətlə, təlim-məşq toplanışında ən mənfi cəhət zədələrdir. İlk gündə və demək olar ki, sonuncu gün Vasiliev və Karavaev iki zədə aldılar. Qalan oyunçulara isə yüngül zədələr dəyib”, deyə Semak bildirib.
Daha əvvəl müdafiəçi Vyaçeslav Karavaevin mövsümün qalan hissəsini buraxacağı, hücumçu Maksim Qluşenkovun da zədələndiyi bildirilirdi. Onlardan əlavə, “Zenit”in baş məşqçisinin sözlərinə görə, Dmitri Vasilyev, Nuralı Alip və daha bir neçə futbolçu da zədəlidir.
Poliqon.info