Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Venesiya” – “Verona” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Cenoa” isə doğma meydanda “Montsa”nı 2 cavabsız qolla məğlub edib.
Beləliklə, geridə qalmış 22 turdan sonra 53 xala malik “Napoli” vahid liderdir. Son çempion “İnter” 50 xalla ikinci, 46 xalı olan “Atalanta” üçüncü, 39 xala malik “Latsio” dördüncü pillədə qərarlaşıblar. “Yuventus”un 37, “Fiorentina”nın 36, “Milan” və “Bolonya”nın 34, “Roma”nın 30, “Torino”, “Udineze” və “Cenoa”nın 26 xalı var.
İtaliya, A Seriyası
22-ci tur
24 yanvar
Torino – Kalyari 2:0
Qollar: Ç.Adams, 6; 61.
25 yanvar
Komo – Atalanta 1:2
Qollar: Pas, 30 – Reteqi, 56; 70.
Napoli – Yuventus 2:1
Qollar: Anqissa, 57. Lukaku, 69-pen – Kolo Muani, 43.
Empoli – Bolonya 1:1
Qollar: Kolombo, 24 – B.Dominqes, 44.
26 yanvar
Milan – Parma 3:2
Qollar: Pulişiç, 38-pen. Reynders, 90+2. Çukvueze, 90+5 – Kanselyeri, 24. Del Prato, 80.
Udineze – Roma 1:2
Qollar: Lukka, 38 – Pelleqrini, 50-pen. Dovbik, 64-pen.
Leççe – İnter 0:4
Qollar: Frattezi, 6. L.Martines, 39. Dumfris, 57. Taremi, 61-pen.
Latsio – Fiorentina 1:2
Qollar: Maruşiç, 90+2 – Y.Adli, 11. Beltran, 17.
27 yanvar
Venesiya – Verona 1:1
Qollar: Zerbin, 28 – Tçatçua, 76.
Cenoa – Montsa 2:0
Qollar: De Vinter, 61. Y.Vaskes, 84.