“Porto” Martin Anselminin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, tərəflər arasında 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
39 yaşlı mütəxəssisin əvvəlki klubu Meksika təmsilçisi “Kruz Azul” olub. Bundan əvvəl o, həmçinin Çilinin “La Kalera” və Ekvadorun “İndependiente del Valle” komandalarına rəhbərlik edib.