"Bu gün Azərbaycanda müasir təhsil modelinin tətbiqi və formalaşması dünyaya böyük açlım eləcə də inteqrasiyası deməkdir. Elm və Təhsil nazirliyi dəyişimi, Regional Təhsil İdarələrinin yaradılması, gənc kadrların işə alınması, müasir böyük təhsil ocaqlarının inşası, dövlətin və elm adamlarının danılmaz əməyidir. Bir sözlə ölkədə bir vətəndaşın təhsil alması üçün hər şey var. Amma, bundan mənfət üçün istifadə edənlər də az deyil.
Ölkənin təməllərindən biri də təhsildir. Yən bir vətəndaş elmlə bağlı ilk biliyi orta məktəbdən başlayır, onu da yaşadığımız rayonda “biznes”ə çeviriblər" deyən vətəndaş saytın elektron ünvanına yazaraq giley-güzar edib.
Bir neçə ildir Abşeron rayon Masazır qəsəbəsində məskunlaşan bəzi səbəblərdən adının çəkilməyini istəməyən vətəndaş bildirib - "hər valideyn istər ki, övladı yaxşı təhsil alsın, adam olsun, ölkəmizə, elimizə,obamıza xeyri dəysin. Həmçinin də mən. Mənim övladım Masazır 5 nömrəli tam orta məktəbdə oxuyur. Məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılması eləcə də fondpulu xərcləri valideynlərə yüklənib. Hələ bu azmış kimi təhsil nazirliyindən məktəblilərə pulsuz verilməsi üçün göndərilən kitab, test və ağ vərəqlər belə məktəbdə məcburi satılaraq qazanc predmetinə çevrilib. İnanın ki, bezmişik. Mənim kimi onlarla insan var ki, günlük çörəkpuluna çalışır. İndi biz necə edək, belə övlad oxutmaq olar?! Direktor "zavuç" vasitəsi ilə sinif rəhbərlərinə həftənin əvvəli də sonu da bir göstəriş verir, əziyyətin də biz valideynlər çəkirik. Mən burda məcbur yığılan pulların nə qdər olduğunu yazmaq istəmirəm. Amma, Elm və Təhsil nazirindən, Regional Təhsil İdarəsindən xahiş edirəm bizlərə kömək etsinlər. Sosial şəbəkələrdə nazirin də regional təhsil müdiri xanım rəhbərinin də çıxışlarını izləyirəm. Onlar da bu neqativ hallara qarşıdır və mübarizə aparırlar. İstərdim ki, 5 nömrəli tam orta məktəbdə baş alıb gedən xoşagəlməz və neqativ halları yaradanlara qarşı bir cəza mexanizmi tədbiq etsinlər ki, başqalarına da göz olsun...!"
Redaksiyadan: Göndərilən şikayət böyük olduğu üçün biz yazını ixtisar edərək olduğu kimi dərc etdik. Mövzuya qayıdacağıq, bizi izləyin!
Paytaxt.org