AZ

Evdən 4 nəfərin meyiti tapıldı

Türkiyənin Konya şəhərinin Səlcuqlu rayonunda yaşayış evlərinin birində dörd nəfərin cəsədi tapılıb.

Heftelik.az-ın Anadolu-ya istinadən verdiyi məlumata görə, mənzildən atəş səslərinin eşidilməsi barədə polisə məlumat verilib.

Hadisə yerinə gələn polis əməkdaşları 38 yaşlı qadının (ana), 45 yaşlı kişinin (ata) və onların iki oğlunun meyitlərini aşkar ediblər. Oğullardan birinin, ehtimal ki, yaxınlarını öldürüb, sonra isə intihar etdiyi güman edilir.

Konya valisinin bəyanatında qeyd edilib ki, hadisə təxminən saat 19:50-də (Bakı vaxtı ilə 20:50-də) qeydə alınıb və olay yerində dörd cəsəd aşkar edilib. İlkin məlumatlara görə, hadisə ailə qətli kimi qiymətləndirilir.

Seçilən
31
1
heftelik.az

2Mənbələr