"Gəzi Parkı" hadisələrini planlaşdıranlardan biri olduğu əsası ilə barəsində açılan istintaq çərçivəsində "Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd" ittihamı ilə ədliyyəyə sövq edilən menecer Ayşe Barım sülh cinayət məhkəməsi tərəfindən həbs edilib.
Milli.Az xəbər verir ki, menecerin "Gəzi Parkı" hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə saxladığı aşkar edilib.
"ID Consultancy Limited Company"nin qurucusu və ortağı, bir çox məşhur aktyorun meneceri olan Ayşe Barım sektorda monopoliyaya səbəb olduğu iddiaları ilə də gündəmə gəlmişdi.
Bu iddialarla bağlı da İstanbul Baş Prokurorluğu tərəfindən ayrıca araşdırma aparılır.
Milli.Az