Region ölkələri İsrailin Suriyadakı təxribatçı hərəkətlərinə qarşı çıxacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-nə planlaşdırılan Ər-Riyada səfəri öncəsi “Asharq” telekanalına müsahibəsində deyib.
O, İsrailin hərəkətlərini “həm hərbi, həm də siyasi baxımdan təhlükəli” adlandırıb. Eyni zamanda, Fidanın sözlərinə görə, “hamının, xüsusən də region ölkələri - Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Türkiyə, İraq kimi mövqeləri var” və onlar İsrailin bu siyasətlərinə “müxalifətə” davam edəcəklər.