AZ

İranda azərbaycanca kitablar “millətçilik” zəminində yasaqlanır

Yazını böyüt
Yazını kiçilt

Güney Azərbaycanda əhalinin dil və mədəniyyətini heçə sayaraq onlara təzyiqlərini davam etdirən İranın fars hakimiyyəti türkcə kitabların nəşrinə “millətçilik” zəminində qadağa qoyub.

Hafta.az-ın QHA-ya istinadən yazdığına görə, İranda türkcə kitabların çapı və nəşri ilə məşğul olan “Azər Turan” nəşriyyatı bu ölkənin Mədəniyyət və İslami İrşad Nazirliyinin qoyduğu maneəyə reaksiya verib. Güney Azərbaycan Televiziyasının (GünAz TV) gündəmə gətirdiyi xəbərdə bəzi türkcə kitabların nəşrinə “millətçilik” zəminində qadağa qoyulmasına nəşriyyatın reaksiyası yer alıb.

Nəşriyyat öz bəyanatında qeyd edib ki, düzəlişlərə baxmayaraq, bəzi kitablar iki ildən artıqdır ki, çap icazəsi gözləyir. Bildirilib ki, nazirliyin tətbiq etdiyi sərt senzura və “millətçilik” ucbatından xüsusilə Azərbaycan türkcəsində yazılmış kitablar demək olar ki, tam dayanıb.

Nazirlik tərəfindən ortaya atılan “İran Azəri” ifadəsinin türk yazarlara və nəşriyyatlarına təzyiqləri artırmaq üçün istifadə edildiyi də bildirilib.

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi Güney Azərbaycanlı yazıçı Rza Hüseyni Bağanamın Azərbaycan türkcəsində yazdığı “Qürbətdə” kitabının nəşrinə icazə verməyib. Müəllif sosial media hesabından verdiyi açıqlamada “Rəhbərlik kitabda istifadə olunan dilin İran Azərbaycanı və Təbrizin əsl türkcəsinin qaydalarına uyğun gəlmədiyini əsas gətirərək kitabın nəşrinə icazə verməyib” deyilir.

Seçilən
2
hafta.az

1Mənbələr