AZ

Azərbaycan əleyhinə fəaliyyətdə iştirak edən Qəzvin imam cüməsi istefa verib

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin Qəzvin vilayətiüzrə nümayəndəsi və Qəzvinin imam cüməsi Əbdülkərim Abedini tutduğuvəzifədən istefa verib.

Trend xəbərverir ki, bu barədə İran KİV-i məlumat verib.

Məlumata görə, Qəzvinin imam cüməsi istefa verməsi ilə əlaqədarmüraciət ünvanlayıb.

O, istefa müraciətində 10 ildir imam cümə kimi fəaliyyətgöstərdiyini qeyd edib. Lakin hansı səbəbdən istefa verdiyiaçıqlanmayıb.

Xatırladaq ki, yanvarın 25-i İranın Azərbaycandakı səfirliyininmüvəqqəti işlər vəkili Seyid Cədəf Ağayi Məryan Azərbaycan Xariciİşlər Nazirliyinə çağırılıb.

İranlı rəsmiyə Azərbaycana qarşı səsləndirilən təhqiramizifadələrə görə Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin üzristəməsi əvəzinə, Amelini dəstəkləyən kampaniya aparılması, Qəzvinimam cüməsi daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinəfəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətəçatdırılıb.

Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaqməqsədi daşıdığı, bunların qarşısının alınmasınının zəruri olduğuvurğulanıb.

İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat vəhərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsininsəlahiyyətli orqanlarına çatdıracağına söz verib.

Seçilən
26
22
az.trend.az

10Mənbələr