ABŞ Prezidenti Donald Trampla Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Hindistanın Baş nazirinin ofisi məlumat yayıb.
“İki lider qlobal məsələlər, o cümlədən Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və qlobal sülh, firavanlıq və təhlükəsizliyin təşviqi üçün birgə işləməyə sadiq olduqlarını təsdiqləyiblər”, - deyə vurğulanıb.
Qeyd olunub ki, Modi Trampı ABŞ-nin 47-ci prezidenti kimi ikinci müddətə seçilməsi münasibətilə təbrik edib və Ağ Ev rəhbəri ilə ikitərəfli strateji tərəfdaşlığın müxtəlif aspektlərini, həmçinin onun inkişafını, xüsusilə texnologiya, ticarət sahələrində tədbirləri müzakirə edib.
Daşqın HəsənovMissiya.Az