Sumqayıt Dövlət Universiteti ilə bağlı cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən universitet İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 253.3.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.
Universitetlə bağlı iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. 3 fevral tarixində hakim Fərid Nəsimiyevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Eyvaz oğlu Əzizovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən