ABŞ Prezidentinin Sərəncamında qeyd olunur ki, ballistik, hipersəs və qanadlı raketlərdən istifadə etməklə hücum təhlükəsi ən fəlakətli olaraq qalır.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə 60 gün ərzində Amerikanın ən son "Dəmir Günbəz" raketdən müdafiə sistemi üçün dizayn və yerləşdirmə planını təqdim etməyi tapşırıb. Bu barədə Ağ Evin mətbuat xidmətinin bazar ertəsi dərc etdiyi fərmanda deyilir.
“Müdafiə naziri bu fərmanın dərc edildiyi gündən 60 gün müddətində yeni nəsil RƏM-in yaradılmasının arxitekturasını və planını prezidentə təqdim etməlidir”-deyə, sərəncamda vurğulanır.
Aytən Yaşar/ Turkustan.az