AZ

Gəmiçilik şirkətləri marşrutu Qırmızı dənizə dəyişəcəklər?

Yazını böyüt
Yazını kiçilt

MSC, Maersk və CMA CGM kimi qlobal gəmiçilik şirkətləri Yəmən husilərinin Qəzzada atəşkəs davam etdiyi dövrndə hücum etməyəcəyinə söz versələr də, Qırmızı dənizə gedən marşrutu dəyişməkdən narahatdırlar.

Hafta.az-ın “Dünya” qəzetinin istinadən yazdığına görə, MSC Mediterranean Shipping, A.P. Moller-Maersk və CMA CGM kimi dünyanın ən böyük konteyner daşıma şirkətləri təhlükəsizlik riskləri səbəbindən hələlik başqa marşrutlara üstünlük verdiklərini açıqlayıblar. Almaniyanın ən böyük daşıyıcısı olan Hapag-Lloyd-un sözçüsü Nils Haupt, "Siz qaz daşıyıcısını alov içində göndərmək istəmirsiniz, nə vaxt qayıdacağımızı bilmirik" deyib. Husilərin İsrailə qarşı hücum ehtimalı gəmiçilik şirkətlərinin bu narahatlığında təsirli olur.

Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə bir ildən çox raket və İHA hücumları yükgöndərənlərin öz gəmilərini Afrikanın cənubundakı Ümid burnu marşrutuna yönəltməsinə səbəb olub. Mütəxəssislər bildirirlər ki, marşrutun dəyişdirilməsi və sığorta xərclərinin artmasından sonra ilk ildə sənaye 40 milyard dollardan çox itirib.

Husilərin hücumları dayandırmaq üçün verdiyi açıqlamalardan sonra qlobal yükdaşıma qiymətləri iki həftə dalbadal azalıb. Çin Konteyner Göndərmə İndeksi (CCFI) keçən həftə 3,4 faiz azalıb. “DP World”ın vitse-prezidenti Yuvraj Narayan bölgəyə qayıdışın başlaması ilə qiymətlərin 20-25 faiz düşəcəyini gözlədiklərini bildirib.

Seçilən
2
hafta.az

1Mənbələr