AZ

Sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarına vergi güzəştləri verilib

Bakı. Trend:

Məlum olduğu kimi, regionlarda sahibkarlıq fəaliyyətiningenişləndirilməsi və sənaye sahələrinin inkişaf etdirilməsindəmühüm istiqamətlərdən biri də Azərbaycanın ayrı-ayrı şəhərlərindəsənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsalprosesinin təşkilində infrastruktur xərclərinin azaldılması,kooperasiya əlaqələrinin gücləndirilməsi, mikro, kiçik və ortasahibkarlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, Vergi Məcəlləsinə sondəyişikliklərdə həmin məhəllələrin inkişafının dəstəklənməsiməqsədilə bir sıra stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dövləttərəfindən yaradılan sənaye məhəllələrinin ərazisində istifadəetdikləri torpaq sahələrinə və həmin ərazidə yerləşən əmlaklarınagörə idarəedici təşkilatlar və operatorlar torpaq və əmlakvergilərindən azad olunublar. Bu güzəştlər sənaye parkları üzrəidarəedici təşkilatlara və operatorlara münasibətdəmüəyyənləşdirilmiş stimullaşdırıcı tədbirlərlə eynilik təşkiledir.

Qeyd olunub ki, əmlak və torpaq vergiləri üzrə güzəştlər sənayeməhəllələrinin idarəedici təşkilatları və operatorlarının maliyyədayanıqlılığına müsbət təsir göstərəcək.

Seçilən
24
4
az.trend.az

7Mənbələr