AZ

Ermənistanın Baş Qərargah rəisi sərhəddəki vəziyyətdən danışdı

"Mən sərhəddəki vəziyyəti nisbətən sabit hesab edirəm". 

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan “Yerablur” hərbi panteonunda jurnalistlərə bildirib.

"Sərhədin dərinliklərində düşmənin silahlı qüvvələrinin toplanması yoxdur, nisbi sabitlikdir. Biz sərhəddəki vəziyyəti və bəyanatları diqqətlə izləyirik. Biz sülh, demarkasiya və delimitasiya yolu ilə gedirik", - deyə Edvard Asryan qeyd edib.

Seçilən
9
adalet.az

1Mənbələr