1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sosial ödəniş alan şəxslər üçün sevindirici xəbər var! "Sosial tərəfdaş" layihəsi çərçivəsində pensiya, müavinət, sosial yardım alan şəxslər, həmçinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üçün xüsusi güzəştlər tətbiq edilir. Bu kateqoriyadan olan vətəndaşlar müxtəlif xidmət sahələrində 35%-ə qədər endirim əldə etmək imkanı qazanır. Endirim təklif edən şirkətlərin tam siyahısı ilə www.sosialterefdash.az saytının "Partnyorlar" bölməsində tanış ola bilərsiniz.
Bəs endirimlərdən necə faydalanmaq olar?
Beləliklə, sosial ödəniş alan şəxslər endirimlərdən faydalanmaq üçün nə etməlidir? Gəlin bu şərtlərlə tanış olaq:
1. Nağdsız ödənişlər etməklə: alış-veriş və xidmətlər müqabilində sosial ödəniş kartınızla nağdsız ödəniş etməlisiniz ki, sizə yerindəcə avtomatik endirim tətbiq edilsin;
2. Pulu nağdlaşdırmamaq: kartdan pulu nağdlaşdıran və ya digər karta köçürən şəxslər bu endirimlərdən faydalana bilməz.
Endirim təklif olunan sahələri də diqqətinizə çatdırırıq:
Marketlər:
• "Bazarstore" və "Al Market" (ölkə üzrə bütün regionlarda);
• "Aygünlü" (Şabran);
• "Güvən" (Saatlı);
• "Hüseyn" (Lənkəran);
• "Spar" (Şamaxı);
• "Kristal" (Xaçmaz).
Ayaqqabı və elektronika mağazaları:
• "FLO" mağazası (Bakı, Sumqayıt, Gəncə);
• "Baku Electronics".
Restoranlar:
• "McDonald"s";
• "Cofeemania";
• "Doneretto";
• "Özsüt";
• "Əjdaha Dönər".
Apteklər:
• "Buta" aptek;
• "AVİS" apteklər şəbəkəsi;
• "Həyat" aptek.
Optika:
• "Focus" Optika (Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Şəmkir, Qəbələ).
Tibbi xidmətlər:
• "Dünyagöz" Klinikası;
• "Memorial Klinik";
• "Oksigen Klinik Xəstəxanası";
• "Sumqayıt Hospital";
• "Stimul Hospital";
• "Med Servis" Özəl Tibb Mərkəzi.
Partnyor şirkətlərin tam siyahısı və onların təqdim etdiyi imkanlarla tanış olmaq üçün www.sosialterefdash.az saytına daxil olun. "Partnyorlar" bölməsində marketlərdən mağazalara, restoranlardan tibbi xidmətlərə qədər geniş güzəşt imkanları təqdim edən şirkətlərlə tanış ola bilərsiniz.
"Sosial Tərəfdaş" layihəsi sosial ödəniş alan şəxslər üçün böyük imkanlar yaradır. Siz də gündəlik alış-verişlərdə və xidmətlərdən istifadə zamanı daha sərfəli şərtlərdən faydalanmaq üçün sosial ödəniş kartınızla nağdsız ödəniş etməyi unutmayın!
Ətraflı məlumat və endirimlərdən faydalanmaq üçün dərhal www.sosialterefdash.az saytına keçid edin!