"Barselona" yarımmüdafiəçi Qavi ilə müqaviləni uzadacaq.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər yeni müqavilənin imzalanması barədə razılığa gəliblər.
Anlaşmanın müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. Müqavilədə 1 milyard avroluq təzminat məbləği qeyd olunacaq.
Qeyd olunub ki, tərəflərin hələ həll etməli olduğu bəzi detallar var.
Qavi bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Mirağa