ABŞ Prezidenti Donald Tramp transseksualların Amerika ordusunda xidmət keçməsini qadağan edən fərman da daxil olmaqla, ölkə ordusunda islahatların aparılması üçün dörd sərəncam imzalayıb.
Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Bildirilib ki, Amerika liderinin fərmanları həm transgender xidməti, həm də orduda müxtəlifliyi, bərabərliyi və inklüzivliyi təmin edən proqramları ləğv edir.
Qeyd olunub ki, bundan əlavə, Tramp COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün işdən çıxarılan hərbi qulluqçuları işə bərpa edib.
Daşqın HəsənovMissiya.Az