AZ

Azərbaycan müxalifəti Putinə məktub yazıbmı?

"Yeni Azərbaycan" qəzeti bir qrup müxalif siyasi qüvvəni özündə birləşdirən Milli Şuranın 2013-cü ildə Rusiya Prezidentinə məktub yazdığını iddia edib.

Hakim YAP-ın təsisçisi olduğu qəzet bir məktub çap edərək onun Milli Şura üzvləri tərəfindən imzalandığını iddia edib. Milli Şura bu iddiaları rədd edib.

Qəzetin dərc etdiyi məktubda Prezident Putin "demokratik və hüquqi dövlətin qurucusu" kimi xarakterizə olunur, onun Rusiyada həyata keçirdiyi demokratik islahatların Azərbaycan üçün nümunə olduğu vurğulanır.

"Yeni Azərbaycan"ın iddiasına görə, bu məktubda Milli Şura Azərbaycanda hüquq və azadlıqların boğulduğunu bildirib Putindən xahiş ediblər ki, ya Azərbaycan hakimiyyətinə qarşı sanksiya tətbiq etsin, ya da hazırkı siyasi komandanı hakimiyyətdən uzaqlaşdırsın və Putinin qarşısında bütün məsələlərdə istənilən öhdəliyi götürməyə hazırdılar.

Milli Şuranın üzvü, iddia edilən məktubda imzası olduğu göstərilən Gültəkin Hacıbəyli deyir ki, onlar heç vaxt Putinə məktub yazmayıblar və məktub da, göstərilən imzalar da saxtadır.

Gültəkin Hacıbəyli belə bir iddianın ortaya çıxmasını Əliyev hakimiyyətinin yenidən Qərbə yönəlmək istəməsi ilə izah edir. Onun fikrincə, hakimiyyət Milli Şuranı ruspərəst qüvvə kimi göstərmək istəyir.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
46
bbc.com

1Mənbələr