AZ

Mark Rutte müdafiə xərclərini artırmağa çağırıb

NATO-nun baş katibi Mark Rutte alyans üzvlərinə müdafiə xərclərini artılmaları ilə bağlı çağırış edib.

Mark Rutte Portuqaliyanın paytaxtı Lissabona etdiyi səfər çərçivəsində ölkə prezidenti Marselo Rebelo de Sousa və Baş nazir Luis Monteneqro ilə ayrı-ayrılıqda görüşüb.

Luis Monteneqro ilə birgə mətbuat konfransında çıxış edən Rutte alyans üzvlərini 10 il əvvəl müəyyən edilən və hazırda bəziləri tərəfindən kifayət qədər aşağı hesab olunan Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizini müdafiə xərclərinə ayırmaq hədəfini sürətlə artırmağa çağırıb.

"Biz bilirik ki, on il əvvəl müəyyən edilmiş 2%-lik hədəf, sabahın çağırışlarına cavab vermək üçün kifayət etməyəcək. NATO-nun güclü qalması, uyğunlaşmağa davam etməsi və gələcəkdə təhlükəsizliyimizi təmin etməsi üçün səylərimizi indi ikiqat artırmalıyıq", – deyə Mark Rutte vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, bir çox çıxışında NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmalarını xahiş edib.



Seçilən
19
1
trt.net.tr

2Mənbələr