Bakı. Trend:
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin cari il üçün ilkiclası keçirilib.
Trend xəbərverir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov RəyasətHeyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisasimtahanını və icbari təlimi uğurla başa vuran iki vəkilliyənamizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilib,gələcək fəaliyyətində uğurlar arzulanıb.
Daha sonra, vəkillərin digər vəkil qurumuna keçməsi, müəyyənmüddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinəbaxılıb, müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, iclasda vəkil bürolarının və vəkil kabinetlərinintəsis edilməsi barədə müvafiq qərarlar verilib.
Həmçinin iclasda Deontologiya Komitəsinin təqdimatına baxılmışvə Komitə tərəfindən hazırlanacaq ""Vəkillərin davranış qaydalarıhaqqında" Əsasnamənin kommentariyası" adlı kitabın mündəricatı vəyazılma qaydası təsdiq edilmişdir.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinəbaxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizampozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVKüzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qəraraalınmışdır. Habelə dövlət hesabına hüquqi yardım göstərdiklərizaman yol verdikləri inizam pozuntularına görə 10 vəkilə töhmət, 11vəkilə isə xəbərdarlıq edilmişdir.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edənsair məsələlərə baxılıb.