2025-ci il fevralın 23-də Almaniyada parlament seçkiləri keçiriləcək. Seçkilərdə əsas siyasi qüvvələr Alman Sosial-Demokrat Partiyası (SPD), Xiristian Sosial İttifaqı (CSU) və Alternativ Partiyası (AfD) hesab olunur.
Hazırda Almaniya kəskin siyasi böhran yaşayır. Bu, hakim koalisiyada büdcə, maliyyə və iqtisadi siyasət, o cümlədən Ukraynaya əlavə yardım məsələsində fikir ayrılığı ilə əlaqədardır.
Modern.az xəbər verir ki, Almaniyaya kansler vəzifəsinə əsas namizədlərdən biri Alternativ Partiyasının (AfD) həmsədri və parlament fraksiyasının rəhbəri Alis Vaydeldir.
İqtisadiyyat sahəsində doktorantura təhsili almış 45 yaşlı A.Vaydel ailəsi ilə İsveçrədə yaşayır. O, çıxışlarında Almaniyanın daxili təhlükəsizliyinin miqrasiya nəticəsində iflasa uğradığını, iqtidara gələcəyi təqdirdə atom elektrik stansiyalarının fəaliyyətinin bərpa ediləcəyini vurğulayır.
AfD rəy sorğularının nəticələrinə əsasən Birlik ittifaqından sonra ikinci sıradadır. Lakin digər partiyaların onunla koalisiya qurmaq istəməməsi AfD-nin hökumətdə yer alması ehtimalını aşağı salır.
Alis Vaydel lesbiandir və onun Şri Lanka əsilli mühacir xanım Sara Bossardla münasibətdədir. Sara Bossard film prodüseri kimi fəaliyyət göstərir. Onların iki övladı var.
Onların münasibəti qeydiyyatdan keçmiş mülki tərəfdaşlıq kimi rəsmiləşdirilib və Vaydel bunu nikaha çevirməyi planlaşdırmır.
Maraqlıdır ki, həmcinsi ilə münasibətdə olan Alis Vaydel eynicinslilərin nikahı məsələsində mövqeyini açıqlamaqdan yayınır.
1 oktyabr 2017-ci ildə Almaniyada eynicinsli nikahına icazə verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta