AZ

FHN Şabranda yanacaqdoldurma məntəqəsində nöqsanlar aşkarladı (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətisəlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğıntəhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirləringörülməsini davam etdirir.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətitərəfindən Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurmaməntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyisahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanlarıninsan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlakmaraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiyasistemi işlək vəziyyətdə deyil, yanğın su hovuzu istifadəyəyararsızdır;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təminedilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi iləəvəz olunmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektdə mövcud olan ildırımötürücünün sazlığı barədəmütəxəssis aktı tərtib olunmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişŞabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurmaməntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunubvə Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Məqalədə:
Seçilən
29
22
az.trend.az

10Mənbələr