ABŞ prezidenti Donald Tramp ABŞ ordusu ilə bağlı dörd fərman, o cümlədən “Dəmir Qübbə” raketdən müdafiə sisteminin inkişafı ilə bağlı sərəncam imzalayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Tramp Floridadan Konqresin Respublikaçılar fraksiyasının qurultayında çıxış etdib qayıdarkən prezident təyyarəsində jurnalistlərə deyib ki, o, ABŞ ordusuna təsir edən 4 icra sərəncamı imzalayıb.
Birinci fərman Amerika “Dəmir Qübbə”sinin yaradılması prosesini müəyyən edir.
Güman edilir ki, yeni raketdən müdafiə sistemi ABŞ-ı ballistik, səsdən sürətli və təkmil qanadlı raketlərdən, eləcə də havadan gələn digər təhlükələrdən qoruyacaq.
Amerika mediasının yazdığı kimi, bu layihə çərçivəsində ABŞ-a doğru atılan raketləri izləyəcək qabaqcıl kosmik sistemlər hazırlamaq lazımdır.
Almaz Həsənli