AZ

Sarkisyan: "Paşinyan ordunu tamamilə məhv etməyə çalışır"

Bu fikri Ermənistanın üçüncü prezidenti, hərbi cani Serj Sarkisyan deyib.
O,milli ordunun yaradılmasının 33-cü ildönümü münasibətilə xalqa müraciətində qeyd edib ki, istənilən ordu transformasiyaya uğramalı, müasirləşməlidir. Bununla belə, hərbi cani ordunun hazırkı islahatlarına şübhə ilə yanaşdığını bildirib.

"Hazırda Ermənistan rəhbərliyi islahat adı altında ordunun “transformasiyası” adlı şübhəli prosesə başlayıb. Bu isə əslində ordunu son nəticədə məhv etmək məqsədi daşıyır. Belə addımlar ordunun onların öz imicinə bənzər formalaşdırılması cəhdidir. Bunun qarşısı nəyin bahasına olursa olsun alınmalıdır",- Serj Sarkisyan mövcud durumdan gileylənib..
Tural Tağıyev
AzVision.az

Seçilən
15
16
azvision.az

10Mənbələr