“Arktika gələcəyin sınaq poliqonudur. Bu gün bizim diqqətimizi Ukrayna və ya Ermənistana cəlb edib məsələni əsl mahiyyətindən ayırırlar. Əslində, əsas sınaq meydançası Arktikadır”.
Ölkə.Az xəbər verir ki, bunu “Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk deyib .
Kovalçuk bildirib ki, Rusiya bu ərazinin qanuni sahibidir, çünki dünya buz parkının 50%-dən çoxu onların payına düşür.
"Bundan əlavə, ölkəmiz dünyada nüvə buzqıran gəmilərinə rəqabətdən kənar olan yeganə ölkədir".
Kovalçuk bildirib ki, hazırda Arktika üçün böyük mübarizə gedir: "Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. Əgər ABŞ bu adanı Kanada ilə birlikdə götürsə, o zaman onlar güc baxımından bizimlə bərabər olacaqlar. Biz çox güclü olmalıyıq və bu gün Arktikada bizi tutmağın çox çətin olacağı mövqelər tuta bilərik".
Mürtəza
Ölkə.Az