AZ

Vəkillər Kollegiyası Adəm Məmmədovla bağlı məhkəməyə müraciət etdi

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov çıxış edərək Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Daha sonra, vəkillərin digər vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Eyni zamanda, iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib.

İclasda Deontologiya Komitəsinin təqdimatına baxılmış və Komitə tərəfindən hazırlanacaq ""Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası" adlı kitabın mündəricatı və yazılma qaydası təsdiq edilmişdir.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi, 4 vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılması qərara alınmışdır. Habelə dövlət hesabına hüquqi yardım göstərdikləri zaman yol verdikləri inizam pozuntularına görə 10 vəkilə töhmət, 11 vəkilə isə xəbərdarlıq edilmişdir.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Qeyd edək ki, fəaliyyəti dayandırılan vəkil Adəm Məmmədovdur. Vəkillər Kollegiyası onun üzvlükdən xaric olunmasına dair qərar qəbul edib.

Seçilən
35
20
qafqazinfo.az

10Mənbələr