Türkiyə Super Liqa klubu “Adana Demirspor” baş məşqçi ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi Mustafa Dalcının vəzifəsinə son verib. Uğursuz gedişat səbəbilə belə bir qərar qəbul edilib.
Dalcı 10 oyun komandaya rəhbərlik edib. Bu görüşlərdə Adana klubu 3 qələbə, 7 heç-heçə ilə yadda qalıb.
“Adana Demirspor” 21 turdan sonra beş xalla sonuncu sırada qərarlaşıb.