AZ

Türkiyə ilə Ermənistan arasında gizli danışıqlar: Sərhədlər açıla bilər...

"Ermənistan Baş naziri Nikol Paşinyan "erməni soyqırım" iddialarından geri çəkilir. İsveçrədə diaspor nümayəndələrinin qarşısında belə bir çıxış etməsi, N. Paşinyanın bu məsələdə kardinal dəyişikliklər etməsinin anonsudur. Soyqırımdan imtina etmək, Kilsənin N. Paşinyana qarşı hücumlarına rəvac verə bilər".

Bu sözləri Sitat.info-ya açıqlamaısnda politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, hətta diasporun bəzi təşkilatları və kilsə N. Paşinyana sui-qəsd edə bilməsi mümkündür: "Uzun illərdi ki, erməni diasporu və kilsə qondarma soyqırım ideologiyasi ətrafinda birləşib. N. Paşinyan soyqırım iddialarını SSRİ kluarlarında Türkiyənin NATO üzv olduğu üçün təzyiq vasitəsi kimi yaradıldığını qeyd etdi. Bununla soyqırım iddialarının ermənilər deyil, SSRİ rəhbərliyinin planı olduğunu mesajını vermiş oldu".

Məhəmməd Əsədullazadə  vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında ciddi danışıqlar gedir: "Məhz Ankaranın şərti ilə N. Paşinyan qondarma soyqırım siyasətindən imtina edir. Soyqırımdan imtina etmək üçün tarixi-siyasi arqumentlər gətirməkdən çəkinmədi. Həmçinin Ermənistan Konstitusiyasında Türkiyə qarşı ərazi və soyqırım bəndlərini, dövlət gerbindən Ağrı dağının simvolunu çıxaracaq. N. Paşinyanın, soyqırım iddialarından geri çəkilməsi 100 illik ermeni ideologiyasına böyük zərbədir. Ankara və İrəvan arasında konfidensial danışıqlar Türkiyə və Ermənistan sərhədlərinin açılması ilə nəticələnəcək. Türkiyə prosesi rəsmi Bakı ilə koordinasiya şəklində davam etdirir. Artıq Qarabağ problemi yoxdur, Ermənistan iddialardan geri çəkilir mesajını verməklə, sülhü tezləşdirmək mesajını verir".

Tehran,

Sitat.info

Seçilən
3
sitat.info

1Mənbələr