AZ

Dövlət əleyhinə çağırış etmişdi- 6 illik həbs olundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovun məhkəmə araşdırması tamamlanıb.

Gundem.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, E.Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 6 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, E.Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl ölkəyə qayıdıb. Ölkəyə dönmə səbəbi isə atasının vəfat etməsi olub. Elə  7 mərasimində də  saxlanılıb.

 

Seçilən
12
6
gundem.az

7Mənbələr