AZ

Ermənistan Türkiyənin 30 illik şərtlərinin hamısını qəbul etdi

"Ermənistan hakimiyyəti 1990-cı illərdə Türkiyənin təqdim etdiyi sənəddəki ilkin şərtlərin, demək olar, hamısını qəbul edib". 

Sərhəddə narahatlıq var, qüvvələrimizi yeniləyirik – Asryan

 Olaylar.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Melkonyan deyib.
Onun sözlərinə görə, hazırkı hökumət sözügedən şərtlərin icrasına başlayıb:
"1990-cı illərin əvvəllərində Türkiyə münasibətlərin normallaşması üçün Ermənistana ilkin şərtlərinin olduğu bir sənəd təqdim etmişdi.

Bunlar aşağıdakılardır:

- "erməni soyqırımı"nın beynəlxalq səviyyədə təbliğatının dayandırılması, bu mövzuda düşmənçilik planlarına son qoyulması;

-Ağrı dağının Ermənistanın simvolu kimi tanıdılmasına son verilməsi;

-Qars müqaviləsinin tanınması;

-Ermənistan Konstitusiyasının söykəndiyi Müstəqillik Aktında dəyişikliyin edilməsi.

Kapitulyasiyanın nəticələri var, düşmənin şərtlərini qəbul edirsinizsə, onun icrası zaman alır. Ankaranın o zamankı şərtləri ilə Ermənistan hökumətinin hazırda atdığı addımlar və açıqladığı qərarlar üst-üstə düşür. Yəni İrəvan rəsmi olaraq bütün şərtləri qəbul edib".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha öncə "erməni soyqırımı" iddiasının araşdırılmalı olduğunu, bunun illər əvvəl Türkiyənin NATO-ya üzvlüyünə mane olmaq üçün ortaya atıldığını demişdi. Eyni zamanda baş nazir Ağrı dağının Ermənistanın deyil, Türkiyənin olduğunu bildirdi və gerblərdən dağın rəsminin çıxarılmasını xahiş etdi. Həmçinin rəsmi Bakı və Ankara gələcəkdə yeni ərazi iddialarının irəli sürülməməsinin qarşısını almaq üçün İrəvandan Konstitusiya, həmçinin Müstəqillik Aktında dəyişikliyin olunmasını tələb etdi. Bundan başqa, Qarabağla bağlı mistik iddianın ölkənin tarix dərsliklərindən çıxarılması nəzərdə tutulur. Paşinyana yaxın mənbələr yaxın zamanda referendumun keçiriləcəyini iddia edirlər. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr