F1 avtomobilləri çox yüksək sürətə çata bildiyindən, qəza kimi anlarda dayanarkən böyük güc yaradırlar.
İndex.az xəbər verir ki, hava yastığı normal sürətlə hərəkət edən avtomobillər üçün uyğun olsa da, yüksək sürətlə baş verən qəzaların şiddətində qoruma təmin edə bilməz.
Eyni zamanda, F1 komandaları avtomobillərinin yüngül olmasını istəyirlər və buna uyğun dizayn edirlər. Hava yastığı mexanizmi ağır olduğundan və kifayət qədər təhlükəsizliyi təmin edə bilmədiyindən alternativ üsullardan istifadə edilir.
F1 avtomobillərinin kuzovu karbon lifindən hazırlanıb. Bu monokok, tək hissəli şassi zərbəni udmaq üçün nəzərdə tutulmuşdur. Beləliklə, əslində sürücünü əhatə edən bir qəfəs rolunu oynayır. Toqquşma zamanı zərbəni yayaraq sürücünü qoruyur.
Sürücülərin təhlükəsizliyini təmin edən “HALO” sistemi də 2018-ci ildən məcburidir.
Haqqında danışdığımız bu HALO sistemi sürücünün başını qorumaq üçün yerləşdirilmiş əyri çubuqdan ibarətdir. 2018-ci ildə FIA (Beynəlxalq Avtomobil Federasiyası) tərəfindən məcburi hala gətirildi.