AZ

“Konstitusiya və Suverenlik ili”nin elan edilməsi Azərbaycanda hansı hüquqi əhəmiyyət kəsb edir? QHT sədrindən AÇIQLAMA

2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” olaraq elan edilib. Bu addımın hüquqi və milli dəyərlərin təbliği baxımından əhəmiyyətini vurğulayan “Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova QHT.az-a açıqlamasında bildirib:

“Konstitusiya və suverenlik ilinin elan edilməsi ölkəmiz üçün çox önəmlidir. Konstitusiya xalqın hüquqlarını və dövlətin əsas prinsiplərini müəyyən edir, onun təbliği insan hüquqları anlayışının dərinləşməsinə xidmət edir. Suverenlik isə xalqın öz dövlətini idarə etmək hüququnun və müstəqilliyinin simvoludur. Bu mövzunun vurğulanması gənc nəsillərdə milli qürurun artırılmasına kömək edər.”

Südabə Məmmədova həmçinin qeyd edib ki, bu ilin elan olunması çərçivəsində müxtəlif layihələr, sərgilər və müzakirələr təşkil edilə bilər. Konstitusiyanın əhəmiyyəti və hüquqların qorunması yollarının gənclərə çatdırılması, hüquqi savadlılığın artırılması, dövlətin beynəlxalq müstəqilliyinin daha da aydın nümayiş etdirilməsi və vətəndaşlarda hüquqlarına dair anlayışların güclənməsi əhəmiyyətli nəticələr verə bilər.

 

Pərvanə Fərhadqızı

Seçilən
20
qht.az

1Mənbələr