AZ

TƏCİLİ! “Coca-cola” məhsullarında təhlükə aşkarlandı: Mağazalardan yığışdırılır

“Coca-Cola” məhsulları geri çağırılır.

Yenisabah.az xəbər verir ki, Coca-Cola yüksək miqdarda xloratın aşkar edildiyi bəzi Avropa ölkələrində satılan içkiləri geri çağırıb.

Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (FASFC) bu barədə məlumat yayıb.

İstehsal kodları 328 GE ilə 338 GE arasında olan Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Royal Bliss markalarına aid qutu və şüşə butulkalardakı içkilərin geri çağırıldığı bildirilib.

Açıqlamada istehlakçılara sözügedən məhsulları istehlak etməmələri ilə bağlı xəbərdarlıq edilib və məhsulların satış nöqtələrinə qaytarıla biləcəyi paylaşılıb.

Belçika mətbuatının yazdığına görə, geri çağırılmağa başlayan Coca-Cola məhsulları noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal edilib. Məhsullar Belçikadan başqa Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib.

Qeyd edək ki, xlorat suyun təmizlənməsində və qida emalında xlor əsaslı dezinfeksiyaedici maddələrin istifadəsi nəticəsində yaranır.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr