AZ

Çində hakimiyyət dəyişikliyi: Mümkün yeni liderin adı açıqlandı

Çin lideri Si Cinpin bu yaxınlarda dövlətin əsas rəhbər vəzifələrinə mühüm təyinatlar edib. Bu, onun yerinə keçəcək şəxsin gənc məmurlardan biri ola biləcəyinə dair hazırlığından xəbər verə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ nəşri yazır ki, Cinpin ölkənin növbəti liderləri ola biləcək gənc nəsil məmurlara ilk baxışı təmin edəcək bir sıra kadr dəyişiklikləri həyata keçirmək niyyətindədir. Agentlik qeyd edir ki, yaxın gələcəkdə Çində rəhbər vəzifələrin 20 faizi gəncləşəcək.

Analitiklərin fikrincə, 2030-cu illərə qədər bu gənclər təxminən 60 yaşına - Çin dövlət qulluqçuları üçün karyeranın zirvəsinə çatacaqlar.

“Si Cinpin hakimiyyətdə nə qədər çox qalsa, onun gələcək varisinin 1970-ci illərdən sonrakı nəslin nümayəndələri arasında olması ehtimalı bir o qədər çox olar”, - amerikalı analitik Nil Tomas söyləyib.

Mənbə əlavə edir ki, Sinin ehtimal olunan varisi Çinin ən gənc qubernatoru Lyu Szedir. O, zəngin sahilyanı Çjeszyan əyalətinə rəhbərlik edir. Ancaq başqa bir ssenari də mümkündür.

“Həmçinin ola bilər ki, Si Cinpin normaları pozacaq və öz yaxın müttəfiqlərini təqaüd yaşına çatmalarına baxmayaraq, hakimiyyətdə saxlayacaq və Pekində “köhnə adam” siyasətinin yeni dövrünü açacaq”, - Tomas vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
1
teleqraf.com

1Mənbələr