AZ

Əfqan Cəlilov Rauf Vəliyevə qarşı – MƏHKƏMƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, QSC ilə bağlı iddianı “Dövlət Dəniz və Liman Agentliyi” qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Dövlət Dəniz və Liman Agentliyi” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən ona vurduğu maddi ziyanı ödəməsini tələb edir.

İşə Bakı Kommersiya Məhkəməsinə baxılır. 7 fevral tarixində hakim Kənan Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyevdir. İddianı qaldıran “Dövlət Dəniz və Liman Agentliyi”nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən isə Əfqan Cəlilovdur.

Nigar

Seçilən
34
tribunainfo.az

1Mənbələr