AZ

Süni intellekt üzərindən kiberhücumlar artır - Xəbərdarlıq

Süni

Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə insanların kiberhücumlara məruzqalma halları müşahidə olunur.

Reyting.az
-ın məlumatına görə, bu, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) süni intellektlə bağlı əhaliyə xəbərdarlığında bildirilir.

Qeyd olunur ki, etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Nazirlik bəyan edir ki, süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.

DİN qeyd olunanları nəzərə alaraq bir daha çağırış edir ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, süni intellekt xidmətlərindən istifadə edərkən fərdi məlumatlarını qarşı tərəfə ötürməkdən çəkinsinlər.
Seçilən
1
45
reyting.az

10Mənbələr