Amerikalı reper Kanye Uest 2,77 milyard dollar sərvəti ilə dünyanın ən zəngin sənətçisi olub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki,o, bu göstərici ilə 19 ölkənin iqtisadiyyatını geridə qoyub. Reper 2025-ci ilə qədər sərvətini 2,77 milyard dollara yüksəltməyi bacarıb. Bu rəqəmlərlə o, ötən ilin ən varlı sənətçisi Cey-Zini (2,5 milyard dollar) geridə qoyub.
Kanye Uestin sərvəti Tuvalu, Nauru, Palau, Marşal Adaları, Kiribati, Dominika, Tonqa, Şərqi Timor, Ekvatorial Qvineya və digər 10-dan çox ölkənin ÜDM-sindən daha yüksəkdir.
Bu, dünyanın ən məşhur reperlərindən birinin maliyyə gücünü göstərməklə yanaşı, bəzi kiçik ölkələrin iqtisadi durumunun nə qədər zəif olduğunu da ortaya qoyur.
Fidan
Milli.Az