AZ

HƏMAS Qəzza zolağını nəzarəti tərk edir

HƏMAS qruplaşması hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağına nəzarəti tərk edə bilər.

Vətəninfo.az xəbər verir ki,  bu barədə “The Times of Israel” “Al Arabiya”ya istinadən yazır.

HƏMAS-ın siyasi bürosunun sözçüsü Musa Əbu Mərzuk Səudiyyə Ərəbistanının “Al Arabiya” xəbər agentliyinə deyib ki, bu qrup İsraillə müharibədən sonra Qəzzanı idarə etməyə çalışmayacaq.

Onun sözlərinə görə, HƏMAS başa düşür ki, gələcəkdə sektorun idarə olunması üçün həm regional, həm də beynəlxalq dəstək, o cümlədən Fələstin prezidenti Mahmud Abbasın dəstəyi tələb olunacaq.

Marzuk bildirib ki, qrup bir sıra məsələlər üzrə ABŞ-la danışıqlara hazırdır.

Seçilən
3
veteninfo.az

1Mənbələr