Yaponiyada yol naməlum səbəbdən çöküb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə saat 09.50 radələrində Yaşio şəhərində baş verib. Belə ki, maşın yolu naməlum səbəbdən çöküb.
Bu zaman dərinliyi 10 metr olan çuxur əmələ gəlib və yoldan keçən yük maşını həmin çuxura düşüb.
Xəbərdarlıq üzərinə bölgəyə çoxlu polis və təcili tibbi yardım qrupları sövq edilsə də, yaralanan yük maşını sürücüsünü xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
(son.xeber)