"Özümü heyvan kimi hiss edirəm".
Apasport.az xəbər verir ki, bu sözləri "Real Madrid"in ulduz futbolçusu Dani Karvaxal hazırkı sağlamlıq vəziyyəti barədə açıqlamasında deyib.
"Özümü heyvan kimi hiss edirəm. Bərpa prosesim həddindən artıq yaxşı keçir. Tezliklə əvvəlki kimi ən yaxşı halıma qayıdacağam. Buna heç bir şübhəm yoxdur".
Xatırladaq ki, İspaniya La Liqasının IX turunda doğma meydanda "Vilyareal"ı qəbul edən "Real Madrid"in kapitanı matçın uzatma dəqiqələrində şanssız şəkildə zədələnmişdi.
Dizinin çarpaz bağları qopan Karvaxal mövsümü vaxtından erkən bitirib.
Qeyd edək ki, zədədən sonra "kral klubu" təcrübəli kapitanına jest edərək onun müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb.
Gözlənilən ayrılıq rəsmiləşdi: Neymar doğma klubuna doğru
Sabiq "Qalatasaray"lı karyerasını bitirib
Nigeriyalı futbolçu “Sevilya”da
La Liqa: “Selta” “Alaves”lə bacarmadı
A Seriyası : “Cenoa” doğma meydanda qələbə qazandı