AZ

Azərbaycana qarşı sərsəm fikirlər səsləndirən Qəzvinin cümə imamı vəzifəsindən uzaqlaşdırıldı

Azərbaycana qarşı sərsəm fikirlər səsləndirən Qəzvinin (İran) cümə imamı, İranın ali rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi Əbdülkərim Abedi vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, İranın hökumət saytları bunu "öz istəyi ilə istefa verib" kimi qələmə veriblər. Əbdülkərim Abedi özü də istefa verməsi ilə bağlı çıxış edib və 10 ilə yaxındır ki, cümə imamı kimi fəaliyyət göstərdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilinə Qəzvinin cümə imamı da daxil olmaqla bir sıra hökumət mollalarının Azərbaycan əleyhinə fəaliyyətlərinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Seçilən
21
22
hakimiyyet.az

10Mənbələr