AZ

Coca-Cola təhlükəsizlik səbəbindən bəzi içkilərini geri çağırır

Bakı, TurkicWorld

Coca-Cola, Avropada satılan bəzi məhsullarında yüksək miqdarda xlorat aşkarlandığına görə həmin içkiləri geri çağırmaq qərarı verib.

TurkicWorld xəbər verir ki, Belçika Federal Qida Zəncirinin Təhlükəsizliyi Agentliyi (FASFC), Coca-Cola Europacific Partners Belgium tərəfindən istehsal olunan və istehsal kodları 328 GE-dən 338 GE-yə qədər olan Coca-Cola, Fanta, Sprite, Fuse Tea, Nalu, Minute Maid, Tropico və Royal Bliss markalarına aid qutu və şüşə butulkalardakı məhsulların geri çağırıldığını açıqlayıb.

Açıqlamada, istehlakçılara bu məhsulları istehlak etməmək və satış nöqtələrinə qaytarmaq tövsiyə edilib. Geri çağırılan məhsulların noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal olunduğu bildirilib.

Sözügedən məhsullar Belçikadan başqa Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburq bazarlarına da ixrac edilib.

Xloratın əsasən suyun təmizlənməsi və qida emalı prosesində xlor əsaslı dezinfeksiyaedici maddələrdən qaynaqlandığı qeyd olunub. Coca-Cola şirkəti, istehlakçıların təhlükəsizliyinə üstünlük verdiyini və problemin həlli üçün addımlar atdığını bildirib.

Seçilən
6
6
turkic.world

10Mənbələr