AZ

İranda hökumət böhranı: Parlament impiçment məsələsini qaldırdı

İranda hökumət böhranı baş verə bilər. Tribunainfo.az xəbər verir ki, prezident Pezeşkiyan ilə yola getməyən radikal sağşılar parlamentdə nazirlərin məsələsini qaldırıblar.

Yerli mediada yayılan xəbərlərə görə, İran parlamenti Pezeşkian hökumətinin iki əsas fiqurunu hədəfə alıblar. Onlardan biri prezidentin müşaviri Məhəmməd Cavad Zərifdir ki, onun Davos forumunda iştirakı molla rejiminə pis təsir edib. Belə ki, Zərifin Davosa özbaşına getdiyi, apardığı danışıqların isə İranın maraqlarına zidd olduğu deyilir.

Lakin vitse-prezident bəyan edib ki, o, Davosa pezeşkianın göstərişi əsasında gedib və danışıqlardan da onun xəbəri var.

İkinci əsas fiqur isə İranın iqtisadiyyat və maliyyə naziri Himmətidir. Onun üzləşdiyi ittiham isə ölkə iqtisadiyyatını idarə edə bilməməsidir. Parlament üzvləri bildiriblər ki, son zamanlar devalivasiyanın sürətlənməsi, infliyasiyanın artması nazirin günahıdır.

Seçilən
14
tribunainfo.az

1Mənbələr