AZ

Çilidə turist qayığı batdı: 7 nəfər öldü

Cənubi Amerika ölkəsi Çilidə daşıya biləcəyindən çox sərnişin götürən turist qayığının batması nəticəsində 7 nəfər həyatını itirib, 27 nəfər isə xilas edilib.

"Cebheinfo.az" xəbər verir ki, Osorno vilayətindəki Bahia Mansa körfəzində baş verən hadisədə qayıq həddindən artıq yüklənmə və mühərrikin sıradan çıxması nəticəsində qayalara çırpılaraq batıb.

27 nəfər xilas edilərkən, 7 nəfər həyatını itirib.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb və qayığın 34 yaşlı kapitanının saxlanıldığını açıqlayıb.

Polis rəsmiləri qayığın tutumundan çox sərnişin daşıdığını və mühərrikin nasazlığının qəzaya səbəb olduğunu bildirib.

Seçilən
3
cebheinfo.az

1Mənbələr