AZ

İsrail çempionatının 20-ci tur oyunu azarkeşlərə görə yarımçıq dayandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail çempionatının 20-ci turunun "Makkabi Hayfa" - "Makkabi Təl-Əviv" oyunu yarımçıq dayandırılıb.
Oxu.Az xəbər verir ki, birinci hissədə Tel-Əviv təmsilçisinin forvardı Dor Turqman rəqib azarkeşlərinin tribunaları qarşısında penaltidən vurduğu qolu təntənə ilə qeyd etdiyi üçün dava düşüb. Bir neçə fanat da meydançaya girməyə çalışıb.
Birinci hissədə "yaşıl meymunlar" qrupundan olan Hayfa azarkeşləri meydançaya fişənglər ataraq oyunu dörd dəfə yarımçıq dayandırıblar. Onlardan biri öz qapıçılarına dəyib.
İdman nazirinin müraciətindən sonra İsrail polisinin baş müfəttişi tamaşaçıların sağlamlığı üçün real təhlükə və iğtişaşların davam etmə ehtimalı yüksək olduğundan matçı dayandırmaq qərarına gəlib.
Hələ oyun başlamamış polis hər iki komandanın 100-dən çox azarkeşini saxlayıb. Onlardan bıçaqlar, beysbol dəyənəkləri, zəncirlər, mis düyünlər və pirotexniki vasitələr müsadirə edilib.
Seçilən
12
24
oxu.az

10Mənbələr