AZ

“Neftçi” boliviyalı futbolçu ilə DANIŞIQLAR APARIR

İsveçrənin "İverdon" klubunda çıxış edən futbolçu Boris Çespedes karyerasını Azərbaycanda davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Neftçi" 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

"Ağ-qaralar" qış transfer dönəmində Boliviyadan olan oyunçunu heyətinə cəlb etmək niyyətindədir.

Paytaxt təmsilçisi oyunçu üçün ilk təklifi şənbə günü göndərib. "Neftçi" yarımmüdafiəçiyə hazırkı klubda qazandığından daha çox maaş təklif edib. Bu məbləğin illik 250-300 min İsveçrə frankı olacağı gözlənilir. Boris Çespedesin ölkəmizdə çıxış edib-etməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, futbolçunun "İverdon"la müqaviləsinin müddəti yayadək nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr